“Azərreyl” “Çelenc Cup”a qələbə ilə başladı
11.10.2010 - 09:45
“Azərreyl” “Çelenc Cup”a qələbə ilə başladı
Voleybol üzrə qadınlar arasında “Çelenc Cup” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilkin təsnifat mərhələsinin birinci oyununda qüvvəsini sınayan “Azərreyl” mövsümə uğurlu başlayıb.

Səfərə Vüqar Əliyevin rəhbərliyi altında yollanan voleybolçularımız Maltanın PAOLA Hibs klubunu yerli publika önündə biabır ediblər. İlk setdə 25:7 hesabı ilə qələbə qazanan həmyerlilərimiz növbəti hissədə rəqibə cəmi 6 xal veriblər. Maraqlıdır ki, üçüncü setdə də PAOLA Hibs 10 xal toplayıb və bu da 3 hissədə qazanılan xalların yekununda heç bir set də etməyib.

Bu komandalar arasında cavab görüşü oktyabrın 17-də “Sərhədçi” Olimpiya Mərkəzində olacaq.

Qeyd edək ki, “Azərreyl”dən əlavə birinci təsnifat mərhələsində Azərbaycanı təmsil edən “İqtisadçı” və “Azərneft” (kişilər) oktyabrın 16-sı və 17-də hər 2 görüşü paytaxtımızda keçirəcək. Onlar müvafiq olaraq, Bosniya və Herseqovinanın “Kula” və Serbiyanın “Partizan” klublarını sınağa çəkəcəklər. Paytaxtın “Lokomotiv” komandası isə “Çelenc Cup”da mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
0