Mark Hili komandamızı “Milan”a bənzətdi
11.10.2010 - 10:13
Mark Hili komandamızı “Milan”a bənzətdi
“Rəqibimiz çox güclü komandadır. Onlar nəyə qadir olduqlarını meydanda bir daha göstərdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Azərreyl”in “Çelenc Cup” turnirinin ilkin təsnifat mərhələsindəki rəqibi PAOLA Hibs komandasının baş məşqçisi Mark Hili deyib.

İlk oyunu səfərdə keçirən voleybolçularımız rəqibi 3:0 hesabı ilə məğlub edib. Hibernian təmsilçisinin baş məşqçisi bildirib ki, bu gözlənilən idi və “Azərreyl” bu yarışın ən güclülərindəndir: “Bakılılar əla oyun nümayiş etdirdilər. Əgər onları futbol komandaları baxımından müqayisə etsək, ancaq “Barselona” və “Milan”ın adını çəkə bilərəm”.

Qeyd edək ki, “Azərreyl” cavab görüşünü oktyabrın 17-də keçirəcək.
0