Yığmamızın üzvü “Beşiktaş”a qarşı oynadı
12.10.2010 - 09:54
Yığmamızın üzvü “Beşiktaş”a qarşı oynadı
Azərbaycan yığmasının basketbolçusu Rasim Başakın forma geyindiyi “Türk Telekom” klubu Spor Toto Türkiyə kubokunda məğlub olub. Apasport.az saytının məlumatına görə, “Beşiktaş”la qarşılaşan Ankara təmsilçisi ilk hissədən sonra 17 xal irəlidə olsa da (8:25), sonda 14 xal fərqi ilə uduzub. Başakın 6 xal qazandığı matçda “qara qartallar” 84:70 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, azərbaycanlı Orxan Adnan Hacıyeva da “Türk Telekom”un şərəfini qoruyur. Lakin o bu matçda meydana çıxmayıb. Klubun düşərgəsində baxşda olan milli komandamızın digər üzvü Aleksandr Rindın isə hələ müqavilə bağlamayıb.
0