Komandanı aparan avtobus külə döndü
12.10.2010 - 10:05
Komandanı aparan avtobus külə döndü
Türkiyədə keçirilən beynəlxalq turnirdə çıxışını başa vurduqdan sonra vətəninə qayıdan Bolqarıstanın qadınlardan ibarət “Burqaz” klubu bədbəxt hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, 18 basketbolçunun yer aldığı avtobusda gözlənilmədən yanğın baş verib.

Mühərrikindən başlayan alov bir neçə dəqiqəyə avtobusu bürüyüb. Lakin sürücü özünü itirməyib və son anda maşını saxlayaraq, basketbolçuları ölümdən xilas edib. Yerə düşən komanda üzvləri avtobusun külə dönməsi izlədikdən sonra hadisə yerini tərk edib.

Komanda başqa bir avtobusla Bolqarıstana yola salınıb.
0