2 aylıq müqavilə
12.10.2010 - 13:53
2 aylıq müqavilə
“Çelenc Cup” turnirinin ilkin təsnifat mərhələsinə hazırlıqlarını davam edən “İqtisadçı” son transferini reallaşdırıb. Komandanın meneceri Seymur Orucovun apasport.az saytına verdiyi məlumata görə, amerikalı Krista Matiçlə 2 ay müddətinə müqavilə imzalayıblar.

O bildirib ki, əsas heyət üzvləri yığmalarının heyətində dünya çempionatına hazırlaşdıqlarından Matiçlə qısamüddətli müqavilə bağlanıb: “Biz amerikalı voleybolçu ilə 2 aylıq razılaşmışıq. Bu da ondan irəli gəlir ki, bu həftə “Çelenc Cup”da mübarizəyə başlayacağıq. Əsas heyətdən 3 voleybolçumuz milli komandasının heyətində dünya çempionatına hazırlaşır. Bunun üçün ilk görüşlərdə top paylayıcı Krista Matiçə güvənəcəyik. O, oktyabrın 16-da və 17-də Bakıda Bosniya və Herseqovina “Kula”sı ilə oyunda bizə kömək edəcək”.

Qeyd edək ki, 2 aydan sonra Matiçlə müqavilənin müddətinin artırılması da istisna edilmir.
0