Azərbaycan çempionu heyətini komplektləşdirdi
14.10.2010 - 23:02
Azərbaycan çempionu heyətini komplektləşdirdi
“Çelenc Cup”da Azərbaycanı təmsil edəcək kişilərdən ibarət “Azərnetf” komandasının heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ilkin təsnifat mərhələsindən mübarizəyə başlayacaq ölkə çempionu Avropa Voleybol Konfederasiyasına göndərdiyi sifariş ərizəsinə 12 voleybolçunun adını daxil edib. Bu voleybolçulardan 9-u Azərbaycan yığmasının üzvü olduğu halda, digər 3 nəfər Bolqarıstan (2) və Rusiyanı təmsil edir.

“Azərneft”in heyəti

Kənan Allahverdiyev, Vüqar Bayramov, Tural Həsənli, Fərid Cəlalov, Ruslan Motorin, Dmitri Obodnikov, Pərviz Səmədov, Cavid Süleymanov, Arif Tağıyev (hamısı Azərbaycan), Vladimir Lobutov, Georgi Petrov (hər ikisi Bolqarıstan), Mixael Vurye (Rusiya).

Xatırladaq ki, “Azərnetf” və “Partizan” arasında Bakıda baş tutacaq hər iki oyunu Zdenko Fatrdla (Slovakiya) və Serdar Nisançıoğlu (Türkiyə) idarə edəcəklər. Oktyabrın 16-da birinci görüşdə Fatrdla, 1 gün sonra isə Nisançıoğlu baş hakim funksiyasını yerinə yetirəcək.
0