“Sevinirəm ki, Azərbaycan xalqına belə qələbə bəxş etdik” - FOTO
16.10.2010 - 18:12
“Sevinirəm ki, Azərbaycan xalqına belə qələbə bəxş etdik” - FOTO
“İlk rəsmi görüşümüzə çıxdıq. Qadın voleybolçularda həmişə nə qədər təcrübəli və tanınmış olmalarına baxmayaraq, debüt çətin və həyəcanlı olur. Bunun nəticəsində topu oyuna daxil edərkən və hücumlarda bəzi xırda səhvlərə yol verdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Çelenc Cup” turnirinin ilkin təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Kula” komandasına 3:0 hesabı ilə qalib gələn “İqtisadçı”nın baş məşqçisi Rəşad Yazıçıoğulları deyib.

Türkiyəli mütəxəssis xırda səhvləri istisna etməklə, komandasının oyunundan razı qalıb. O, sabah keçiriləcək cavab matçında da eyni uğuru təkrarlayacağını bildirib: “Rəqib Bakıda oynamasına baxmayaraq, yaxşı təsir bağışladı. Lakin təcrübəli voleybolçularımız onların uğurlu çıxış etməsinin qarşısını vaxtında alaraq, qələbələrini rəsmiləşdirdilər. Avropa kuboklarında hər setdə, hər matçda qalib gəlməyin əhəmiyyəti böyükdür. İnşallah, sabah da qalib gələrək, növbəti mərhələyə yüksələrik. Bu oyunda komandamızda 3 voleybolçusunun yığmalarının heyətində dünya çempionatına hazırlaşmasını da nəzərə almaq lazımdır. Mən bunu deməklə bəhanə gətirmirəm, məşqçilik karyeram boyu da bundan yararlanmamışam. Yəni onlarla bərabər çalışdıqdan sonra əsl gücümüz ortaya çıxacaq, “İqtisadçı”nın nəyə qadir olduğu bilinəcək. Bu gün çox sevincliyəm ki, Azərbaycan xalqına belə qələbə bəxş etdik. Daha çox çalışıb, daha gözəl oynayacağıq”.
0