Yığmamızın sabiq üzvü jurnalist oldu - FOTO
16.10.2010 - 23:05
Yığmamızın sabiq üzvü jurnalist oldu - FOTO
Azərbaycan yığmasının sabiq voleybolçusu Yelena Şabovta özünə yeni iş tapıb. Apasport.az saytının məlumatına görə, “Əczaçıbaşı” klubunda menecerlikdən ayrıldıqdan sonra İnessa Qorxmazla birgə eyni peşədə çalışan Şabovta bundan sonra jurnalist kimi də fəaliyyət göstərəcək. O, Türkiyənin məşhur Voleybol Maqazin saytında köşə yazarı kimi işə başlayacaq.

Qeyd edək ki, uzun müddət milli komandamızda çıxış edən voleybolçu “Azərreyl”lə “Top komandalar” kubokuna da sahib olub.
0