Sensasiyaya güc qalmadı
17.10.2010 - 14:43
Sensasiyaya güc qalmadı
Bu gün Bakının “Azərnetf” klubu inanılmaz uğura imza ata bilərdi. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup”ın ilkin təsnifat mərhələsində ilk oyununda dünən Serbiyanın “Partizan” komandasına 0:3 hesabı ilə uduzan Sahib Əliyevin yetirmələri cavab görüşündə də eyni hesabla qələbə qazansalar da, həlledici setdə uğurun davamını gətirə bilməyiblər.

Belə ki, görüşə inamlı başlayan voleybolçularımız seti 25:21 hesabı ilə xeyirlərinə başa vurduqdan sonra gözlənilməz məğlubiyyət rəqibi şoka salıb. Bundan məharətlə istifadə edən Azərbaycan çempionu ikinci hissədə 27:25, üçüncü hissədə isə 25:22 hesabı ilə qələbə qazanıb – 3:0.

İlk oyun da eyni hesabla başa çatdığından əlavə hissəyə oynanılıb. Gərgin mübarizəyə səhnə olan bu set komandamız üçün yaxşı başlamayıb. İlk texniki fasiləyə 5 top geridə yollanan “Azərneft” sonacan bu fərqi azalda bilməyib və məğlub olub. Beləliklə, əlavə setdə uduzan Azərbaycan çempionu ilk mərhələdəcə mübarizəni dayandırıb.

Qeyd edək ki, üçüncü hissədə hesab 7:6 rəqibin xeyrinə olarkən oyunun keçirildiyi “Sərhədçi” Olimpiya Mərkəzində işıqlandırma sistemində problem yarandı və lampaların bir hissəsi söndü. Bunun üçün qarşılaşmada 5 dəqiqəyə kimi fasilə yarandı.

17 oktyabr
Cavab oyunu
Kişilər
Partizan - Azərneft – 0:3 (21:25, 25:27, 22:25)
Hakimlər: Serdar Nisançıoğlu (Türkiyə), Zdenko Fatrdla (Slovakiya).

Əlavə set
Partizan - Azərneft – 15:10

16 oktyabr
İlk oyun
Azərneft – Partizan – 0:3 (25:27, 16:25, 22:25)
Hakimlər: Zdenko Fatrdla (Slovakiya), Serdar Nisançıoğlu (Türkiyə).
0