“Azərreyl” şou göstərdi
17.10.2010 - 18:38
“Azərreyl” şou göstərdi
“İqtisadçı”nın ardınca “Azərreyl” voleybol klubu da “Çelenc Cup”ın II təsnifat mərhələsinə vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, səfərdə Maltanın PAOLA Hibs komandasına 3:0 hesabı ilə qalib gələn voleybolçularımız Bakıda da eyni uğuru təkrarlayıb.

Səfərdə rəqibə cəmi 23 xal verən Vüqar Əliyevin yetirmələri bu dəfə də 1 set də belə güzəştə getməyiblər. İlk setdə 25:9 hesabı ilə qalib gələn “Azərreyl” ikinci hissəni 25:14 hesablı qələbə ilə başa vurub.

Sonuncu setdə isə voleybolçularımız “Sərhədçi” Olimpiya İdman Mərkəzinə toplaşan azarkeşlər üçün əsl voleybol şousu göstəriblər. Onlar özlərindən qat-qat zəif rəqibə hücumların qurulmasından tutmuş necə müdafiə olunmağa kimi dərs keçdikdən sonra 25:12 hesabı ilə qola salıblar.


Çelenc Cup
I təsnifat mərhələsi

17 oktyabr
Cavab oyunu

Azərreyl – PAOLA Hibs – 3:0 (25:9, 25:14, 25:12)
Hakimlər: Yan Krtiska (Çexiya), Kirill Nesterenko (Rusiya).

İlk oyun
10 oktyabr
PAOLA Hibs - Azərreyl – 0:3 (7:25, 6:25, 10:25)
0