Valeriya Korotenko iddialı danışdı
17.10.2010 - 23:05
Valeriya Korotenko iddialı danışdı
“Bu, bizim əsl oyunumuz deyil. Biz bundan da gözəl oynamaq gücündəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında Maltanın PAOLA Hibs komandasına qalib gələn “Azərreyl” klubunun voleybolçusu Valeriya Korotenko deyib.

Azərbaycan yığmasının da şərəfini qoruyan libero qələbə qazandıqlarından şad olduğunu və “Çelenc Cup”da uğurlarının hələ qarşıda olduğunu bildirib: “İlk mərhələni uğurla keçdik. Lakin əsas məqsədimiz finala çıxıb, birinci yeri tutmaqdıq. Biz bunun üçün hər görüşdə yaxşı oynamağa çalışacağıq”.
0