Yunanıstan və Avstriya klubları Azərbaycana qarşı
18.10.2010 - 10:19
Yunanıstan və Avstriya klubları Azərbaycana qarşı
Voleybol üzrə qadınlar arasında “Çelenc Cup”da II təsnifat mərhələsinə yüksələn “İqtisadçı” və “Azərreyl” klublarının rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rəşad Yazıçıoğullarının çalışdırdığı “universitet komandası” növbəti oyunda Avstriyanın “Sparkasse” klubunu mübarizədən kənarlaşdırmalıdır.

“Azərreyl” isə Yunanıstan təmsilçisi ilə qarşılaşacaq. Vüqar Əliyevin yetirmələri “Markopoulo” ilə qüvvəsini sınayacaq.

İlk oyunlar noyabrın 7-si, 8-si və ya 9-da, cavab görüşləri isə 1 həftə sonra baş tutacaq.

Qeyd edək ki, “Çelenc Cup”ın II təsnifat mərhələsində paytaxtın “Lokomotiv” komandası da mübarizəyə qoşulacaq. Onlar Rusiyanın “Omiçka” klubu ilə yarışacaqlar.
0