“İqtisadçı” Avropada liderdir
18.10.2010 - 10:55
“İqtisadçı” Avropada liderdir
Bakının “İqtisadçı” komandası “Çelenc Cup”ın I təsnifat mərhələsində rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, analoji yarışın ilkin mərhələsində ən çox azarkeş Rəşad Yazıçıoğullarının çalışdırdığı klubun Bosniya və Herseqovina “Kula”sı ilə oyununa gəlib. “İqtisadçı”nın hər 2 görüşdə rəqibinə 3:0 hesabı ilə qalib gəldiyi görüşü 2000 tamaşaçı izləyib.

Qeyd edək ki, azarkeş sayına görə II yerdə də Azərbaycan komandasıdır. “Azərreyl” və “PAOLA Hibs” klublarının qarşılaşmasına 1000 tamaşaçı baxıb.
0