“Azərreyl” daha 2 amerikalı ilə müqavilə bağlayır
18.10.2010 - 12:12
“Azərreyl” daha 2 amerikalı ilə müqavilə bağlayır
“Azərreyl” heyətini daha 2 legionerlə gücləndirmək istəyir. Bu barədə apasport.az saytına açıqlamasında komandanın baş məşqçisi Vüqar Əliyev deyib. O bildirib ki, “Çelenc Cup”da, Azərbaycan Super Liqasında və kubokunda medallar uğrunda mübarizə aparmaq üçün daha 2 voleybolçu ilə müqavilə bağlayacaqlar: “Heyətimiz gücləndirməkdə davam edirik. 2 amerikalı voleybolçunun yolunu gözləyirik. Onlarla da transferlərimizi yekunlaşdıracağıq. Adı sirr kimi qalsın. Amma onların çox güclü olduğunu deyə bilərəm”.

Qeyd edək ki, “Çelenc Cup”da mübarizə aparan “Azərreyl” ilkin mərhələnin hər 2 görüşündə Maltanın PAOLA Hibs komandasına 3:0 hesabı ilə qalib gəlib.
0