“Bakıya gələndə çox təəccübləndim” - FOTO
01.11.2010 - 11:15
“Bakıya gələndə çox təəccübləndim” - FOTO
“Azərbaycanda hərdən çox darıxıram. Valideynlərimlə daim əlaqə saxlayıram. Xüsusilə nişanlımla danışıram”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Bakı” klubunun amerikalı voleybolçusu Culia Rubenşteynə məxsusdur.

Kaliforniyadan gəlib Azərbaycanda oynayan voleybolçu Bakıda darıxsa da, burada oynayacağından çox məmnundur. O bildirib ki, paytaxtımızı çox bəyənir və boş vaxtını şəhəri gəzməklə keçirir: “Azərbaycan paytaxtına gələndə çox təəccübləndim. Bura arxitektura baxımından çox gözəldir. Xüsusilə, gecə şəhərin necə işıqlanmasına baxmaqdan zövq alıram. Düzdür, Bakıda ünsiyyət baxımından çətinlik çəkirəm. Amma artıq rus dilini öyrənməyə cəhd edirəm. Bundan əlavə, başqa ölkələrin mədəniyyəti ilə tanış olmağı da çox xoşlayıram. Bakının mərkəzini isə çox sevirəm. Burada gəzmək, restoranlara getmək adama ləzzət edir. Getdiyim yerlərdə yeni qidaların dadına baxmağı da unutmuram. Lülə kababı çox bəyənirəm”.

Rubenşteyn, həmçinin “Bakı”nın yeni qurulduğunu, gərgin məşqlər keçdiklərini və çempionata ciddi hazırlaşdıqlarını bildirib.
0