“İqtisadçı”nın avstriyalılarla oyununun vaxtı bilindi
02.11.2010 - 11:37
“İqtisadçı”nın avstriyalılarla oyununun vaxtı bilindi
Azərbaycanı “Çelenc Cup”da təmsil edən “İqtisadçı” voleybol klubunun II təsnifat mərhələsində “Sparkasse” (Avstriyanın) ilə oyunlarının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rəşad Yazıçıoğullarının çalışdırdığı komanda rəqibini dekabrın 8-də Bakıda qəbul edəcək. Cavab görüşü isə 1 həftə sonra səfərdə baş tutacaq.

Qeyd edək ki, “İqtisadçı” I təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Kula” komandasını mübarizədən kənarlaşdırmışdı.
0