“Şahdağ-Şirvan” mundialdan voleybolçu gətirir
02.11.2010 - 13:31
“Şahdağ-Şirvan” mundialdan voleybolçu gətirir
“Məşqlərimiz davam edir. Lakin hazırda komandamızda əsasən gənclərin yer alması Bakıda keçirilən beynəlxalq turnirdə iştirakımızı əngəllədi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Şahdağ-Şirvan” voleybol klubunun baş məşqçisi Adnan Kistak deyib.

Yeni yaradılan klub voleybolçularla müqavilə bağlamağa tələsmir. Kistak bildirib ki, hazırda düşərgədə 2 amerikalı yer alır və daha 4 ölkədən əcnəbilərin yolunu gözləyir: “İstəyirik ki, komandamız digər rəqiblərlə başabaş mübarizə apara bilsin. Bunun üçün heyətdə təcrübəli legionerlər də olacaq. Artıq 2 amerikalı voleybolçu düşərgəmizdədir. Lakin müqavilə bağlanmadığımızdan onların adlarını açıqlamaq istəmirəm. Belə olan halda, digər klublar da bu voleybolçularla maraqlanır və nəticədə onlar qiymətlərini qaldırırlar. Amerikalılardan əlavə, hazırda Yaponiyada keçirilən dünya çempionatında bir neçə voleybolçunu da izləyirik. Dominikan Respublikası, Qazaxıstan, Kanada və Xorvatiya yığmalarının üzvləri maraq dairəmizdədir. Onlarla söhbət olub və mundialdan sonra Bakıya gələcəklər”.

Xatırladaq ki, türkiyəli mütəxəssis son mövsümdə “Azərreyl”i çalışdırıb və bu il bir müddət də “Bakı” komandasının hazırlığına cavabdehlik daşıyıb.
0