Daha 1 klub Azərbaycan çempionatına qatılmadı
03.11.2010 - 15:50
Daha 1 klub Azərbaycan çempionatına qatılmadı
Daha bir komanda basketbol üzrə Azərbaycan çempionatına qatılmaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, AzTOP noyabrın 16-da start götürəcək yarışda mübarizə aparmayacaq.

Azərbaycan Basketbol Federasiyasının idman zalında oynamaq istəməyən son ölkə çempionatının bürünc mükafatçısını “Gəncə” komandasının əvəz edəcəyi gözlənilir. Gəncəlilərin bu barədə həftə sonuna kimi qəti qərar verəcəyi bildirilir.

Qeyd edək ki, son mövsümlərdə ölkə birinciliyinin daimi iştirakçısı olan AzTOP-dan öncə “Makkabi” və “Xəzər Universiteti” də yarışdan geri çəkilmişdi. Onları isə çempionatda sonradan Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası və Bakı Dövlət Universitetinin komandaları əvəzlədi.
0