“Azərreyl”dən 3-cü, “Rabitə”dən 2-ci qələbə - YENİLƏNİB
04.11.2010 - 20:24
“Azərreyl”dən 3-cü, “Rabitə”dən 2-ci qələbə - YENİLƏNİB
Bakıda voleybolçu qadınlar arasında təşkil olunan beynəlxalq turnirdə III turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, günün ilk matçı Azərbaycan dueli ilə başlayıb. əvvəlki 2 görüşdə qələbə qazanan “Azərreyl” Super Liqanın gümüş mükafatçısı “Lokomotiv”i sınağa çəkib.

“Azərreyl” bu görüşü də qələbə ilə başa vurub. İlk hissədə 25:21 hesabı ilə qalib gələn “Azərreyl” növbəti setdə daha inamlı təsir bağışlayıb və rəqibinə 15 xal verib. Üçüncü hissə isə Aleksandr Çervyakovun yetirmələri təşəbbüsü ələ alsalar da, bu sona kimi davam etməyib. Setin sonlarında daha dəqiq oynayan “Azərreyl” 27:25 hesabı ilə qələbə qazanıb. Bu qələbədən sonra paytaxt klubu I pillədəki yerini qoruyub. Onlar qalib gəldikləri 3 oyunda rəqiblərinə 1 set də güzəştə getməyiblər.

II matçda qələbəyə həsrət qalan “Qalatasaray” meydana çıxıb. “Sarı-qırmızılar”ın bu dəfə rəqibi Azərbaycan çempionu “Rabitə” olub.

Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək paytaxt klubu ilk hissədə uduzsa da, növbəti hissələrdə rəqibinə çətin anlar yaşadıb. İkinci setdə 25:17 hesabı ilə “sarı-qırmızıları” məğlub edən Dejan Brdjoviçin yetirmələri üçüncü hissədə 25:22 hesabını bayram ediblər.

Növbəti set isə oyunun hesabını müəyyənləşdirib. Voleybolçularımız bu dəfə türkiyəli həmkarlarına 25:19 hesabı ilə qalib gələrək xal ehtiyatını 5-ə çatdırıb.

Tura Rusiya dueli ilə yekun vurulacaq. Hər 2 matçda qələbə qazanan “Uraloçka” məğlubiyyətləri sıralayan “Zareçye-Odintsovo” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Nikolay Karpolun yetirmələrinin xal itirəcəkləri və “Azərreyl”in qələbə qazanacağı halda, komandamıza turnirin vahid liderinə çevriləcək.

III tur

15:00. “Lokomotiv” - “Azərreyl” - 0:3 (21:25, 15:25, 25:27)
17:00. “Qalatasaray” - “Rabitə” - 1:3 (28:26, 17:25, 22:25, 19:25)
19:00. “Uraloçka” - “Zareçye-Odintsovo” - 3:0 (25:23, 25:20, 25:17)

1. Azərreyl 3 3 0 9-0 6
2. Uraloçka 3 3 0 9-3 6
3. Rabitə 3 2 1 8-5 5
4. Lokomotiv 3 1 2 4-6 4
5. Qalatasaray 3 0 3 1-9 3
6. Zareçye-Odintsovo 3 0 3 1-9 3
0