Əfsanəvi məşqçi istefa verdi - FOTO
07.11.2010 - 15:53
Əfsanəvi məşqçi istefa verdi - FOTO
Nikolay Karpol voleybol üzrə qadınlardan ibarət Belarus millisinin baş məşqçisi postunu tərk edib. Apasport.az saytının məlumatına görə, “Uraloçka” klubunu da çalışdıran əfsanəvi çalışdırıcı gedişini yerli federasiya rəsmiləri ilə fikir ayrılığını və zəif nəticə ilə əlaqələndirib.

O bildirib ki, federasiya rəhbərliyi voleybolçuların mənafeyini güdmür: “Gedişimin əsas səbəbi lazımı nəticə əldə etməməyimdir. Ümid etdiyim nəticəni qazana bilmədim. Ümumiyyətlə, federasiyanın bəzi rəsmi şəxslərinin işi ilə razı deyiləm. Onlar voleybolçularının mənafeyini güdmürlər. Yerli kadrlar “sağa-sola” gedirlər. İdmançıların digər ölkələrin heyətində yarışlarda iştirakına isə heç bir münasibət yoxdur. Halbuki voleybolçuların buna ixtiyarı yoxdur. Bu işlə federasiya rəhbərliyi məşğul olmalıdır. Onlar isə bunu lazımı qaydada həyata keçirmirlər”.

“Uraloçka”nı 11 dəfə SSRİ və 14 dəfə Rusiya çempionu edən Karpol məşqçiliyini bu komandada davam etdirəcək.
0