“Azərreyl” birinci, Natalya Məmmədova ən yaxşı oldu
08.11.2010 - 10:42
“Azərreyl” birinci, Natalya Məmmədova ən yaxşı oldu
Bakıda voleybolçu qadınlar arasında keçirilən beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, 6 komandanın iştirakı ilə keçirilən yarışın qalibi adını paytaxtın “Azərreyl” klubu qazanıb.

Onlar son turda yeganə məğlubiyyətlərini “Rabitə”dən alsalar da, top fərqinə görə I yeri tutublar. Növbəti pillə də Azərbaycan komandasına qismət olub. Turniri 4 qələbə ilə başa vuran “Rabitə” də hissələrin fərqinə görə II yerdə qərarlaşıb. İlk “üçlüy”2 isə son turda “Qalatasaray”a qalib gələn “Uraloçka” qapayıb.

Son 3 yerdə müvafiq olaraq, “Zareçye-Odintsovo”, “Lokomotiv” və “Qalatasaray” qərarlaşıblar.

Qeyd edək ki, beynəlxalq turnirin ən yaxşı voleybolçusu adına yığmamızın və “Rabitə”nin hücumçusu Natalya Məmmədova layiq görülüb.

1. Azərreyl 5 4 1 12-4 9
2. Rabitə 5 4 1 14-6 9
3. Uraloçka 5 4 1 13-7 9
4. Zareçye-Odintsovo 5 2 3 7-10 7
5. Lokomotiv 5 1 4 5-9 6
6. Qalatasaray 5 0 5 3-15 5
0