Ukrayna yığması Bakıya gələcək
09.11.2010 - 13:39
Ukrayna yığması Bakıya gələcək
Ukraynanın futzal yığması gələn il Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, ukraynalılar fevralda Bakıda turnirdə iştirak edəcək. Ukraynanın Mini-Futbol Assosiasiyasının prezidenti Gennadi Lisençuk gələcək planları haqda danışanda ölkəmizə səfərə toxunub: “Artıq dekabrın 12-13-də Xersonda Moldova yığması ilə oynayacağıq. Yanvarın 18-19-da səfərdə Polşa yığması ilə görüşəcəyik. Fevralın əvvəlində Azərbaycanda 4 komandanın iştirakı ilə turnirdə çıxış edəcəyik. Həmin ayın ortasında isə Tehrana İran millisi ilə iki oyuna yollanacağıq. Yığmamızın son toplanışı Avropa çempionatının seçmə mərhələsinin startı ərəfəsində Xarkovda olacaq”.
0