“Qalatasaray”da oynayıb, “Bakı”ya keçdi - FOTO
10.11.2010 - 10:01
“Qalatasaray”da oynayıb, “Bakı”ya keçdi - FOTO
“Bakı” voleybol klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, paytaxt komandası Kanada yığmasının sabiq üzvü Stacey Qordanla 1 illik müqavilə imzalayıb.

60 dəfə milli komandasının formasını geyinən 28 yaşlı Qordan 3 ölkədə legioner həyatı yaşayıb. 2004-2005-ci illərdə Puerto-Riko “Kriollas De Kauquas”ında oynayan voleybolçu növbəti 2 ildə Türkiyə Super Liqasında “Əczaçıbaşı”nın şərəfini qoruyub.

2007-ci ildə İspaniya “Tenerife”sinə transfer edilən voleybolçu 1 il sonra yenidən Türkiyəyə qayıdıb. O, bu dəfə “Qalatasaray”da peyda olub. 182 sm boya malik “Bakı”nın yeni transferi son mövsümü “Llaneras de Toa Baja” komandasında keçirib.

Qeyd edək ki, rusiyalı mütəxəssis Mixael Omelçenkonun çalışdırdı “Bakı” mövsümün ilk turunda “Azərreyl”lə qarşılaşacaq.
0