Azərbaycan çempionatının püşkü atıldı
10.11.2010 - 15:45
Azərbaycan çempionatının püşkü atıldı
Bu gün basketbol üzrə kişilər arasında XVIII Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Basketbol Federasiyasının mənzil-qərargahında baş tutan püşkatmanın nəticəsinə əsasən noyabrın 20-də start götürəcək birinciliyin açılış matçında “Araz” U-18-i sınağa çəkəcək. İkinci görüşdə debütantlar - BDU və “Şəki” komandaları üz-üzə gələcək. Turun son qarşılaşması isə “Qala” və ABİK (Akademiyanın Basketbol İdman Klubu) arasında keçiriləcək.

20 noyabr
14:00. “Araz” - U-18
15:30. BDU və “Şəki”
17:00. Çempionatın rəsmi açılış mərasimi
18:00. “Qala” və ABİK

Qeyd edək ki, ABİK Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını təmsil edir.
0