Millimizin üzvü: Fikrim yalnız xarici klubda oynamaqdır
10.11.2010 - 17:12
Millimizin üzvü: Fikrim yalnız xarici klubda oynamaqdır
“Hələ ki, Azərbaycanda oynayacağam. Amma təklif olduğu halda, komanda rəhbərliyi gedişimə maneçilik törətməyəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının basketbolçusu Zaur Paşayev deyib.

Basketbolçumuz yeni mövsümdə də ötən il şərəfini qoruduğu “Araz”da çıxış edəcək. O, yeni müqaviləsinin şərtlərinə əsasən təklif alacağı təqdirdə klubdan azad agent kimi gedəcək: “Fikrim yalnız xarici klubda oynamaqdır. Lakin hələ real variant olmadığından və oyun təcrübəmi itirməməkdən ötrü “Araz”a kömək edəcəyəm. Əgər I dövrədən sonra təklif olarsa, azad agent kimi gedəcəyəm”.
0