Bakı klubları Türkiyəyə hazırlığa yollanırlar
11.11.2010 - 11:15
Bakı klubları Türkiyəyə hazırlığa yollanırlar
Voleybol üzrə Azərbaycan Super Liqasında mübarizə aparacaq “Azərreyl”, “Lokomotiv” və “Bakı” hazırlığını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, paytaxt komandaları səfərə sabah yola düşəcəklər. Onlar qonşu ölkədə 13 gün təlim-məşq toplanışında olacaqlar. Klublarımızın bir neçə yoldaşlıq görüşündə də qüvvəsini sınayacağı gözlənilir.

Qeyd edək ki, “Azərreyl”, “Lokomotiv” və “Bakı” Azərbaycan Super Liqasına hazırlığı Türkiyədə yekunlaşdıracaqlar. Noyabrın 29-da start götürəcək çempionatda isə “Azərreyl” “Bakı” ilə, “Lokomotiv” isə “Şirvan-Quba” komandaları ilə qarşılaşacaq.
0