Bakı komandasında təsadüfi transfer
12.11.2010 - 12:31
Bakı komandasında təsadüfi transfer
“Qala” basketbol komandası növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, yeni mövsümdən türkiyəli Sərtaç İlgin paytaxt klubunun şərəfini qoruyacaq. Onunla 1 illik müqavilə imzalanıb.

1979-cu il təvəllüdlü İlgin öz ölkəsinin II liqa komandalarının şərəfini qoruyub. Onun “Qala”ya transferi isə sırf təsadüf nəticəsində baş verib. Belə ki, həyat yoldaşı ilə Azərbaycana işləməyə gələn İlgin komanda rəhbərliyinə Türkiyədə basketbol oynadığını bildirib və baxışdan sonra bəyənilərək, “Qala”da qalıb.
0