Azərbaycan yığmasının kapitanı Sivasda - FOTO
13.11.2010 - 11:12
Azərbaycan yığmasının kapitanı Sivasda  -  FOTO
Voleybol üzrə Azərbaycan yığmasının kapitanı Fərid Cəlalov karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, son mövsümü “Azərneft”də keçirən 23 yaşlı voleybolçumuz növbəti 1 ildə “Sivas 4 Eylül Bələdiyyəspor”un şərəfini qoruyacaq.

195 sm boya malik həmyerlimizin yeni komandası II liqanın B qrupunda mübarizə aparır. “Sivas 4 Eylül Bələdiyyəspor” 3 turdan sonra 7 xal toplayıb (burada qələbəyə 3, məğlubiyyətə 1 xal verilir) və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Liderdən 2 xal geri qalan klub bu il yüksək liqaya vəsiqə qazanmağı planlaşdırır.

Qeyd edək ki, Cəlalov Türkiyədən öncə Almaniyada da legioner həyatı yaşayıb. O,2007/2008-ci illər mövsümündə “Fredrikşafen” komandasında çıxış edib.
0