Yığmamızın üzvü “Le Man”a qarşı - FOTO
17.11.2010 - 10:52
Yığmamızın üzvü “Le Man”a qarşı - FOTO
Basketbol üzrə kişilər arasında Avropa kubokunun A qrupunda növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində yığmamızın üzvü Çarlz Devisin şərəfini qoruduğu “Banvitspor” Fransanın “Le Man” klubunu qəbul edib.

Ev sahiblərinin üstünlüyü şəraitində keçən görüşdə Türkiyə komandası 78:70 hesabı ilə qələbə qazanıb. Oyunun ən yaxşılarında olan və türkiyəli həmkarlarımız tərəfindən 3 ulduza layiq görülən Devis komandasına 12 xal qazandırıb.

“Türk Telekom”da forma geyinən milli komandamızın basketbolçuları Rasim Başak və Aleksandr Rındin məğlubiyyət acısı yaşayıblar. “Çelenc Cup”da qüvvəsini sınayan Ankara klubu səfərdə İsveçin “Norrçöpinq” komandasına 89:101 hesabı ilə uduzublar.
0