Vaqner Azərbaycan çempionundan ehtiyatlanır
17.11.2010 - 12:22
Vaqner Azərbaycan çempionundan ehtiyatlanır
“Növbəti mərhələyə çıxmaq şansımız yüksəkdir. Buna nail olacağımıza ümid edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rabitə” voleybol klubunun Çempionlar Liqasının qrup mərhələsində rəqibi olan Polşa “Aluprof”unun baş məşqçisi Qrzeqorz Vaqner deyib.

O bildirib ki, Azərbaycan təmsilçisi güclü heyətə malikdir və buna baxmayaq yetirmələri istənilən rəqibə ciddi müqavimət göstərəcək: “Bizim qrup mərhələsində ən ciddi və çətin rəqibimiz Bakı təmsilçisidir. Düzdür, onların oyunlarını hələ izləməmişəm. Amma kağız üzərində çox güclüdürlər. İtaliyanın “Skavolini” komandası da növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparacaq. Onlar ötən ilki heyətlərinin aparıcı voleybolçularını klubda saxlayıblar. Rumıniya “Dinamo-Romprest”i barədə isə ətraflı məlumatım var. Bunun üçün komandamıza lazımı voleybolçuları cəlb etdiyimizdən heç də ölüm qrupunda yer almadığımızı deyə bilərəm. Hər bir rəqibimizlə oynamağa hazırıq. İstəyirik ki, bu mövsüm yeni tarix yazaq”.

Qeyd edək ki, “Aluprof” ilk matçında “Skavolini” ilə qüvvəsini sınayacaq.
0