Yığmamız 3 pillə gerilədi
17.11.2010 - 14:16
Yığmamız 3 pillə gerilədi
Beynəlxalq Voleybol Federasiyası (FİVB) qadınlar arasında dünya çempionatı yekunlaşdıqdan sonra milli komandaların yeni reytinq cədvəli açıqlayıb. Apasport.az saytının məlumatına görə, mundialda iştirak etməyən Azərbaycan yığması siyahıda 3 pillə geriləyib. Aktivində 18 xalı olan Faiq Qarayevin yetirmələri 33-cü pillədən 36-cı yerə eniblər.

Reytinq cədvəlinə isə əvvəlki kimi Braziliya voleybolçuları başçılıq edirlər. Onlar dünya çempionatını II yerdə başa vursalar da, 240 xalla liderliklərini davam etdirirlər. İlk “üçlüyü” isə mundialı medalsız başa vuran ABŞ (205,5) və İtaliya (165,75) yığmaları qapayırlar.

Yaponiyada dünyanın ən güclüsünü qazanan Rusiya isə cəmi 1 pillə irəliləyərək, 143,75 xalla 6-cı yerə yüksəlib.
0