Azərbaycan çempionu üçün 4 legioner - FOTO
18.11.2010 - 10:23
Azərbaycan çempionu üçün 4 legioner - FOTO
Voleybol üzrə qadınlar arasında Çempionlar Liqasında “Rabitə”nin rəqibi “Dinamo-Romprest” heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, rumıniyalılar Azərbaycan çempionu ilə görüşə 16 voleybolçunun adını daxil ediblər. Əsasən yerli oyunçulara güvənən rəqibimiz Avropanın ən titullu yarışında cəmi 4 legionerin köməyindən istifadə edəcək.
Qeyd edək ki, “Dinamo-Romprest” ilk görüşündə doğma divarlar arasında “Rabitə”ni sınağa çəkəcək. Oyun noyabrın 24-də baş keçiriləcək.

“Dinamo-Romprest”in heyəti
Diana Karbuneanu, Yasmin Konstantin, Ramona Georgesku, Ana-Maria Hinçu, Anca Lika, Alida Markovici, Daniela Minca, Sanziana Motros, Mari Oancea, İrina Radu, Adina Roska, Liana Smarandaçe (Hamısı Rumıniya), Lusia Hatinova (Slovakiya), Radostina Çitiqoi (Bolqarıstan), Rie Kato (Yaponiya) və Yovana Vesoviç (Serbiya).
0