Bu gün böyük hesab qeydə alınacaq
20.11.2010 - 00:05
Bu gün böyük hesab qeydə alınacaq
Bu gün kişi basketbolçular arasında XVIII Azərbaycan çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, Basketbol Federasiyasının idman zalında keçiriləcək yarışın açılış matçında son mövsümün qalibi “Araz” debütant U-18-i sınağa çəkəcək.

Naxçıvanlıların favorit olduğu qarşılaşmada gənc basketbolçularımızın böyük hesabla uduzacağını proqnozlaşdırmaq olar. Növbəti görüşdə də meydan debütantların ixtiyarına veriləcək. BDU-nun tələbələri “Şəki” komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Əsasən həvəskarlardan qurulan əyalət klubunun çempionata qələbə ilə başlamasını gözləmək olar.

Matçdan sonra çempionatın rəsmi açılış mərasimi keçiriləcək. Turun son qarşılaşması isə “Qala” və ABİK klubları arasında olacaq. Bu oyunun da maraqsız keçəcəyini qeyd etmək yerinə düşər. Çünki Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının basketbolçularının yığma üzvlərinin cəmləşdiyi “Qala”ya müqavimət göstərəcəyi inandırıcı görünmür.

20 noyabr

14:00. “Araz” - U-18
15:30. BDU - “Şəki”
17:00. Çempionatın rəsmi açılış mərasimi
18:00. “Qala” - ABİK
0