Dünya çempionatını iştirakçısı Azərbaycan çempionatında - FOTO
22.11.2010 - 12:40
Dünya çempionatını iştirakçısı Azərbaycan çempionatında - FOTO
Paytaxtın “İqtisadçı” voleybol klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, ölkəmizi “Çelenc Cup”da təmsil edən Super Liqanın bürünc mükafatçısı Xorvatiya yığmasının üzvü İvana Milosu rənglərinə bağlayıb.

24 yaşlı voleybolçu növbəti 1 ildə “İqtisadçı”nın şərəfini qoruyacaq. 187 sm boya malik Milos son mövsümü yerli “Rieka” klubunda keçirib.

Qeyd edək ki, “İqtisadçı”nın yeni transferi yenicə başa çatan dünya çempionatının final mərhələsində Xorvatiya milli komandasının heyətində yer alıb.
0