“Şahdağ-Şirvan” üçün daha 3 legioner - FOTO
24.11.2010 - 12:23
“Şahdağ-Şirvan” üçün daha 3 legioner - FOTO
Azərbaycan Super Liqasının debütantı “Şahdağ-Şirvan” voleybol klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı Tanya Sabkova və kanadalı Karla Bradstokla anlaşan komanda daha 3 voleybolçu ilə müqavilə imzalyıb.

Belə ki, növbəti mövsümdən Paulina Qarjevska (Polşa), Simona İvanova (Bolqarıstan) və Jordana Pric (ABŞ) Adnan Kistakın rəhbərliyi altında çıxış edəcəklər. Onların müqavilə müddəti 1 ildir.

1985-ci ildə anadan olan Qarjevska liberodur. 170 sm boya malik polşalı son mövsümü vətənində “TPS Rumia”da keçirib. “Şahdağ-Şirvan”ın digər yeni transferi – İvanovanın da 25 yaşı var və o, toppaylayıcıdır. Azərbaycana Serbiyanın “Postar 064” komandasından gələn voleybolçunun boyu 178 sm-dir. 1987-ci il təvəllüdlü amerikalı Pric isə “Şahdağ-Şirvan” blokda köməklik edəcək.
0