Mira Qoluboviç: Rumıniyadan Bakıya qələbə ilə dönmək istəyirik
24.11.2010 - 13:30
Mira Qoluboviç: Rumıniyadan Bakıya qələbə ilə dönmək istəyirik
“Birinci oyun həmişə həyəcanlı və çətin olur. Başlanğıcda hər 2 komandanın qələbə qazanmaq ehtimalı olduğu üçün bu arzu ilə də meydana çıxır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rabitə” klubunun serbiyalı voleybolçusu Mira Qoluboviç deyib.

Paytaxt təmsilçisi bu gün Çempionlar Liqasında ilk oyununa çıxacaq. Rumıniyada “Dinamo-Romprest”lə qarşılaşacaq Super Liqanın qalibi bu mötəbər yarışa qələbə ilə başlamaq arzusundadır. “Rabitə”yə Rumıniyanın “Metal Qalati” klubundan transfer olunan Qoluboviç bildirib ki, rəqibin oyuna yaxşı bələddir və Buxarestdən Bakıya uğurla qayıtmaq üçün çalışacaqlar: “Biz yaxşı hazırlıq keçmişik. Azərbaycanda və Türkiyədə beynəlxalq turnirlərdə mübarizə aparmışıq. Komandamızın heyətinin çoxunu yenilər təşkil etsə də, artıq bir-birimizi meydanda gözəl anlayırıq. “Rabitə” “Dinamo-Romprest”lə oyuna tam hazırdır. Bunun üçün Rumıniyadan Azərbaycana qələbə ilə dönmək istəyirik. Çünki qrup mərhələsinin ilk görüşdə qazanılacaq 2 xal növbəti matçlarımızda bizə əlavə stimul verəcək. Bunun üçün rəqibi məğlub etmək vacibdir”.

Qeyd edək ki, Qoluboviç Rumıniyada həmçinin “Dinamo-Romprest”in əzələli rəqibi Buxarest “Rapid”inin formasını geyinib.
0