“Rabitə” Çempionlar Liqasına səfər qələbəsi ilə başladı
25.11.2010 - 09:33
“Rabitə” Çempionlar Liqasına səfər qələbəsi ilə başladı
Voleybol üzrə Çempionlar Liqasının qrup mərhələsinin ilk oyunu “Rabitə” üçün uğurlu olub. Apasport.az saytının məlumatına görə, səfərdə Rumıniyanın “Dinamo-Romprest” komandası ilə oynayan Dejan Brdjoviçin yetirmələri rəqiblərinə heç bir şans verməyiblər. İlk hissədə 25:18 hesabı ilə qələbə qazanan paytaxt klubu ikinci setdə rumıniyalılara 25:22 hesabı ilə qalib gəliblər. Üçüncü hissə isə sonuncu olub. Bu dəfə rəqibinin 25:20 hesab ilə məğlub edən “Rabitə” qarşılaşmanın nəticəsini müəyyənləşdirib – 3:0.
Çempionlar Liqasına “wild card”la qatılan Azərbaycan çempionu növbəti görüşünü dekabrın 2-də Bakıda keçirəcək. Rəqib isə İtaliyanın “Skavolini” komandası olacaq.
0