“Azərbaycan çempionu arzumuzun reallaşmasına imkan vermədi”
25.11.2010 - 11:09
“Azərbaycan çempionu arzumuzun reallaşmasına imkan vermədi”
“Çempionlar Liqasına qələbə ilə başlamaq istəyirdik. Təəssüf ki, Azərbaycan çempionu arzumuzun reallaşmasına imkan vermədi”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Rabitə”yə 0:3 hesabı ilə uduzan Rumıniyanın “Dinamo-Romprest”in baş məşqçisi Atanas Petrova məxsusdur.

Bolqarıstanlı mütəxəssis bildirib ki, Azərbaycan çempionunun oyunu yetirmələrini çətin vəziyyətə salıb və bunun üçün elementar səhvlərdən belə qaçmaq mümkün olmayıb: “Qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Hər şeyin bizim istəyimizə uyğun gedəcəyini planlaşdırırdıq. Lakin rəqibin oyunu voleybolçularımızı çaşbaş saldı və onlar elementar səhvlərə yol verdilər. Qarşılaşmanın taleyini də məhz bu səhvlər həll etdi. Buna baxmayaraq, ruhdan düşməyəcəyik. Növbəti görüşlərdə öz oyunumuzu tapmağa çalışacağıq”.
0