“Komandamız Azərbaycan çempionu ilə müqayisə oluna bilməz”
25.11.2010 - 12:08
“Komandamız Azərbaycan çempionu ilə müqayisə oluna bilməz”
“Komandamız Azərbaycan çempionu ilə müqayisə oluna bilməz. Onlar Avropanın ən yaxşısı olduqlarını oyunda bir daha sübut etdilər”. Apasport.az saytının məlumatına görə, bunu Rumıniyanın “Dinamo Romprest” voleybol klubunun baş direktoru Marian Ştefen deyib.

Buxarest təmsilçisinin rəsmisi bildirib ki, 0:3 hesabı ilə məğlub olduqları “Rabitə” Çempionlar Liqasının finalına kimi irəliləmək gücündədir: “Voleybolçularımız ilk oyun olduğu üçün həyəcanlı görünürdülər. Amma etraf etməliyik ki, “Rabitə” peşəkarlardan qurulmuş bir komandadır. Onlar Çempionlar Liqasının finalına kimi irəliləmək gücündədirlər. Qarşılaşmada bir-birini gözəl anlayan rəqibmiz bütün kompanentlərdə bizi üstələdi”.
0