Qələbə qazan, yubiley olsun - STATİSTİKA
09.12.2010 - 00:03
Qələbə qazan, yubiley olsun - STATİSTİKA
“Azərreyl” voleybol klubu bu gün “Çelenc Cup” turnirində növbəti görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, komandamız doğma divarlar arasında Yunanıstanın “Markopoulo” klubunu qəbul edəcək.

II təsnifat mərhələsinin ilk görüşündə qələbə “Azərreyl” üçün əlamətdar olacaq. Belə ki, Avropa kuboklarında indiyə kimi 72 oyun keçirən “dəmiryolçular” bu görüşlərdən 40-da rəqiblərini məğlub edib. Onlar 41-ci dəfə qalib gələcəkləri halda, komandanın yubiley – 150-ci setini qazanacaqlar.

Bu isə “Azərreyl” üçün heç də asan başa gəlməyəcək. Çünki Azərbaycan və Yunanıstan klubları 2 dəfə qarşılaşıblar ki, bunlarında hər ikisində rəqib 3:0 hesabı ilə qələbə qazanıb. Lakin heyəti güclü voleybolçulardan qurulan “Azərreyl” bu tilsimi qırmağa çalışacaq.

Qeyd edək ki, “Azərreyl” - “Markopoulo” oyunu saat 18:00-da “Sərhədçi” Olimpiya Mərkəzində başlayacaq.

“Azərreyl”in bütün oyunları

 

O

Q

M

   S

Çempionlar Liqası

52

27

25

97-95

Top komandalar kuboku

10

8

2

28-11

CEV kuboku

6

2

4

12-14

Çelenc Cup

4

3

1

10-5

CƏMİ

72

40

32

147-125



Tahir HÜMMƏTOV
0