“Rabitə” Polşadan məğlub qayıdır
09.12.2010 - 23:13
“Rabitə” Polşadan məğlub qayıdır
Qadın voleybolçular arasında Çempionlar Liqasının III turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, ilk dövrənin son görüşündə “Rabitə” Polşada “Aluprof” komandasının qonağı olub.

Əvvəlki 2 görüşdə məğlubiyyət acısı dadmayan Azərbaycan çempionu bu görüşdə uduzub. İlk setdə 25:21 hesablı qələbə qazanan polşalılar ikincisə eyni hesabla uduzblar.

Üçüncü setdə də meydan sahibləri üstün olublar. Bu dəfə onlar 7 xallıq fərqlə qələbə qazanıblar. “Rabitə” dördüncü seti qalib başa vursa da, həlledici tay-breykdə “Aluprof” daha dəqiq oynayıb.

“Aluprof” – “Rabitə” - 3:2 (25:21; 21:25; 25:18; 20:25; 15:13)
Hakimlər: Volker Sçiemenz (Almaniya), Vim Kambre (Belçika).
BBOSİR Bielsko idman və əyləncə sarayı.

Rabitə

3

2

1

275-254

8-4

7

Skavolini

3

2

1

270-258

7-5

5

Aluprof

3

2

1

333-313

8-7

5

Dinamo-Romprest

3

0

3

220-273

2-9

1


0