Vaqner: Favorit Azərbaycan çempionudur
09.12.2010 - 15:14
Vaqner: Favorit Azərbaycan çempionudur
“Fikrimcə, “Rabitə” qrupun ən güclü komandasıdır. Çünki bu klubun əsasını qitənin deyil, dünyanın təcrübəli voleybolçuları təşkil edirlər”. Apasport.az saytının məlumatına görə, bu sözlər Polşanın “Aluprof” klubunun baş məşqçisi Qrzeqorz Vaqnerə məxsusdur.

Bu gün Çempionlar Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək. İlk dövrənin son matçında “Aluprof” “Rabitə”ni qonaq edəcək. Oyun öncəsi matça münasibət bildirən Vaqner artıq itiriləsi bir şeyin qalmadığını deyib: “Rabitə ilə mübarizə aparmaq çox çətindir. Bundan əlavə, bu qarşılamada itiriləsi heç nəyimiz yoxdur. Sadəcə, əvvəlki turlarda gözəl oyunumuzdan nəticə çıxararaq, nəyə isə ümid edə bilərik. Nəzərə almaq lazımdır ki, rəqibin heyətində Azərbaycan voleybolunun ulduzu Natalya Məmmədova yer alır. Onunla çiyin-çiyinə isə təcrübəli Qlass Kemberli, Olqa Ativi və İrina Jukova oynayırlar. Bunun üçün görüşün aşkar fovariti Azərbaycan çempionudur”.

Vaqner sözlərinə görə, “Rabitə”nin əvvəlki 2 görüşdə qələbə qazanması onu təəccübləndirməyib: “Püşkatmadan bir müddət sonra Bakı komandasının güclü olduğunu müəyyənləşdirmişdim. Bunun üçün “Rabitə”nin Rumıniyanın “Dinamo-Romprest” və İtaliyanın “Skavolini” komandasını asan məğlub etməsi təəccübümə səbəb olmadı. Onlar bu matçlarında çox rahat oynadılar və gözəl voleybol nümayiş etdirdilər”.
0