Dejan Brdjoviç: Bacararıq!
09.12.2010 - 15:45
Dejan Brdjoviç: Bacararıq!
“Biz bu oyunu da qələbə ilə başa vurmaq istəyirik. İnanıram ki, bunu bacaracağıq”. Apasport.az saytının məlumatına görə, bunu bu gün Polşada “Aluprof”la üz-üzə gələcək “Rabitə” voleybol klubunun baş məşqçisi Dejan Brdjoviç deyib.

Serbiyalı mütəxəssis bildirib ki, ilk 2 oyunda olduğu kimi, bu dəfə də yetirmələrinin baxımlı oynayacağına əmindir. O, hər qarşılaşmadan sonra komanda oyununu bir qədər artırdıqlarını və voleybolçularının bir-birlərini gözəl başa düşdüklərini deyib: “Turlar ötdükcə, daha yaxşı oynayırıq. Komandamızda əla heyət formalaşıb. Fikrimcə, biz hələ bundan da əla çıxış edə bilərik”.

Qeyd edək ki, “Aluprof” - “Rabitə” görüşü 21:00-da start götürəcək.
0