Qrzeqorz Vaqner: Biz bu oyun üçün yaxşı taktika seçmişdik
10.12.2010 - 11:12
Qrzeqorz Vaqner: Biz bu oyun üçün yaxşı taktika seçmişdik
“Biz bu oyun üçün yaxşı taktika seçmişdik. Bu da öz bəhrəsini verdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Aluprof” klubunun baş məşqçisi Qrzeqorz Vaqner deyib.

Çempionlar Liqasının III turunda “Rabitə”yə 3:2 hesabı ilə qalib gələn mütəxəssis yetirmələrinin oyunundan razı qalıb. Görüşdən öncə Azərbaycan çempionunu matçın favoriti adlandıran Vaqner bildirib ki, vacib qələbə qazandıqlarına görə çox sevinir: “Rabitə” qrupumuzun ən güclüsüdür. Onları məğlub etdiyimiz üçün çox şadam. Amma IV hissədə uduzmasaydıq, 3 xal da qazana bilərdik. Lakin şansımızı boşa verdik. “Rabitə”nin heyətində setin taleyini həll edə bilən təcrübəli voleybolçuları buna imkan vermədi. Natalya Məmmədovanın oyununu isə xüsusi vurğulamaq lazımdır. O, bu gün əla oynadı. Buna baxmayaraq, voleybolçularımızın sonacan mübarizə apardılar və əzmkar oyunları sayəsində rəqibi 3:2 məğlub etdik. Bu qələbə bizim üçün çox vacib idi”.
0