Dejan Brdjoviç: Öz səhvlərimizə görə uduzduq
10.12.2010 - 11:47
Dejan Brdjoviç: Öz səhvlərimizə görə uduzduq
“Qələbə qazandıqları üçün baş məşqçi Qrzeqorz Vaqneri və komandanı təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bunu Çempionlar Liqasının III turunda “Aluprof”a uduzan (2:3) “Rabitə” voleybol klubunun baş məşqçisi Dejan Brdjoviç deyib.

Avropanın ən nüfuzlu klub yarışında ilk dəfə xal itkisi ilə üzləşən paytaxt klubunun serbiyalı çalışdırıcısı bildirib ki, uduzmalarında əsas rolu buraxılan səhvlər oynayıb: “Çoxlu səhvlərə yol verdik. Fikrimcə, bütün mövqelərdə lazımı oyunu göstərə bilmədik. Bu gün bizim günümüz deyildi. Gələn həftə cavab görüşü keçirəcəyik. Həmin matçda səhvlərimizdən nəticə çıxararaq, daha yaxşı oynamalıyıq. Burada azarkeşlərin rolu da böyük olacaq”.
0