“Baku Fires” çempionatı arxa plana keçirdi
10.12.2010 - 16:51
“Baku Fires” çempionatı arxa plana keçirdi
Voleybol üzrə Azərbaycan Super Liqasının təqvimində dəyişiklik edilib. Apasport.az saytının xəbərinə görə, III turun oyunları nəzərdə tutulandan 1 gün sonra – dekabrın 12-də baş tutacaq.

Buna səbəb sabah çempionatın keçirildiyi “Sərhədçi” Olimpiya Mərkəzində WSB liqasında mübarizə aparan “Baku Fires” - “İncheon Red Wings” (Cənubi Koreya) klubları arasında döyüşünün olmasıdır.

Turun I görüşündə “İqtisadçı” – “Bakı” oyunu keçiriləcək. İlk oyunda uduzan və son qarşılaşmada qalib gələn hər 2 klub qələbə qazanmağa çalışacaq. Çünki bu matçda uduzan komanda liderlərdən bir qədər uzaqlaşacaq.

Növbəti qarşılaşmada isə “Şirvan” “Azərreyl”i sınağa çəkəcək. Debütantın liderə qarşı ciddi müqavimət göstərməsi inandırıcı görünməsə də, Adnan Kistak ötən il çalışdırdığı klubu cəzalandıra bilər. Türkiyəli mütəxəssis artıq bunu I turda sübut edib. Onun yetirmələri Super Liqanın gümüş mükafatçısı “Lokomotiv”ə öz “dişini” göstəriblər.

Turun digər - “Lokomotiv” – “Rabitə” matçı isə təxirə salınıb. Bu hər 2 klubun Avrokubok görüşlərini səfərdə keçirməsi ilə bağlıdır. Həmin oyun dekabrın 28-də olacaq.

III tur
12 dekabr

15:00. “İqtisadçı” – “Bakı”
17:00. “Şirvan” - “Azərreyl”

1

Rabitə

2

2

0

6-1

4

2

Azərreyl

2

1

1

4-3

3

3

İqtisadçı

2

1

1

3-3

3

4

Bakı

2

1

1

3-3

3

5

Şirvan

2

1

1

3-5

3

6

Lokomotiv

2

0

2

2-6

2


0