Türkiyə yığmasında yeni baş məşqçi
14.12.2010 - 11:45
Türkiyə yığmasında yeni baş məşqçi
Voleybol üzrə qadınlardan ibarət Türkiyə yığmasını Nedim Özbey çalışdıra bilər. Apasport.az saytının məlumatına görə, Avro-2011-in final mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan “ay-ulduzlular”ın yeni baş məşqçisinin adı ilin sonuna kimi açıqlanacaq.

Türkiyəli həmkarlarımız Mehmet Bedestenlioğlunun komandadan kənarlaşdırılmasından sonra boş qalan postu Özbeyin tutacağını qeyd ediblər. Kişilərdən ibarət “İstanbul Böyükşəhər Bələdiyyəsi” ilə Super Liqanın qalibi olan mütəxəssislə danışıqların yekunlaşdığı və bu səbəbdən də çalışdırıcının Çempionlar Liqasında “Fənərbaxça” – “Dinamo” (Rusiya) matçını izlədiyi bildirilir.

Qeyd edək ki, Özbey Türkiyənin kişilərdən ibarət milli komandasını çalışdırıb.
0