Növbəti mərhələnin astanasında
14.12.2010 - 17:59
Növbəti mərhələnin astanasında
Azərbaycan Super Liqasının bürünc mükafatçısı “İqtisadçı” sabah “Çelenc Cup” turnirində ilk səfər görüşünü keçirəcək. Apasport.az saytının məlumatına görə, ilk mərhələdə Bosniya və Herseqovina “Kula”sı ilə hər 2 görüşü Bakıda keçirən universitet komandası Avstriyanın “Sparkasse” klubunun qonağı olacaq.

Paytaxtımızda baş tutan oyunda 3:0 hesabı ilə qələbə qazanan Rəşad Yazıçıoğullarının yetirmələri növbəti mərhələyə yüksəlmək üçün mütləq qalib gəlməlidirlər. Çünki yeni qaydalara görə, rəqib “İqtisadçı”nı 3:2 hesabı ilə belə məğlub edərsə, “Qızıl set”ə ehtiyac olacaq. Lakin Bakıda rəqibinə 3 hissədə 25 xal “verən” komandamızın səfərdən məğlubiyyətlə qayıdacağı inandırıcı görünmür. Onların əlavə setə ehtiyac olmadan qalib gələcəklərini proqnozlaşdırmaq olar.

Klagenfurt şəhərində keçiriləcək cavab oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
0