“Azərreyl” çətin sınaqla üz-üzə
14.12.2010 - 18:24
“Azərreyl” çətin sınaqla üz-üzə
“Çelenc Cup” turnirinin II mərhələsinin ilk oyununu Bakıda keçirən Azərbaycanın “Azərreyl” voleybol klubu sabah cavab matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, Yunanıstanın “Markopoulo” komandası ilə qarşılaşacaq Vüqar Əliyevin yetirmələri mərhələ adlamaq üçün paytaxtımızdakı uğuru təkrarlamalıdırlar.

İlk görüşdə rəqiblərinə “quru hesabla” (3:0) qalib gələn “dəmiryolçuların” asan qələbə qazanacaqları inandırıcı görünmür. Lakin güclü voleybolçuların cəmləşdiyi “Azərreyl” təcrübə baxımından “Markopoulo”nu qabaqlayır. Bu səbəbdən cütün favoriti hesab edilən Bakı klubu növbəti mərhələyə vəsiqəni oyunun əsas vaxtında həll etməyə çalışacaq.

Şlomo Brutman (İsrail) və Lucian Vladanın (Rumıniya) idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 22:00 başlayacaq.
0