“Azərreyl” əla voleybolçulara malikdir”
15.12.2010 - 16:44
“Azərreyl” əla voleybolçulara malikdir”
“İlk oyunda rəqib layiqli qələbə qazandı. Onlar açıq-aşkar bizdən üstün idilər”. Apasport.az saytının sözlərinə görə, bu sözləri Yunanıstanın “Markopoulo” voleybol klubunun baş məşqçisi George İkoidis deyib.

İlk matçda “Azərreyl”ə 0:3 hesabı ilə uduzan yunanlar cavab oyununu doğma divarlar arasında keçirəcək. İkoidisin sözlərinə görə, bu üstünlük heç də mərhələ adlamaq anlamına gəlməli deyil: “Rəqibimiz əla voleybolçulara malikdirlər. Heyətinin əsasını təcrübəli voleybolçular təşkil edirlər. Bunun üçün doğma divarlar arasında oynasaq da, cavab qarşılaşması ağır olacaq”.

Qeyd edək ki, “Markopoulo” - “Azərreyl” görüşü bu gün keçiriləcək.
0